ARDNF 2024-cü ilin birinci rübündə valyuta bazarına nə qədər dollar satıb

10:32 - 3.04.2024


3 aprel, Fineko/abc.az. Dövlət Neft Fondu tərəfindən 2024-cü ilin mart ayı ərzində 498,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

ABC.AZ xəbər verir ki, bu barədə ARDNF-dən məlumat daxil olub.

Beləliklə, Fond ilin ilk rübündə yerli valyuta bazarının sabitliyinin qorunmasında 1 milyard 835.80 milyon ABŞ dolları satıb. Bu da illik müqayisədə 13 faiz çoxdur.

Mart ayında 6 valyuta hərracı keçirilib və Banker.az-ın hesablamalarına əsasən hərraclarda 498.3 mln. dollar satılmışdı. Halbuki, bu öncəki hərraclarda dəyişə bilirdi.