Rusiyalı Alışer Usmanovun sərvəti 2,8 milyard dollar azalıb - Digər sahibkarların sərvəti çoxalıb

11:00 - 1.04.2024


1 aprel, Fineko/abc.az. Rusiyanın ən zəngin iş adamlarının ümumi sərvətinin artdığı məlum olub.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu “Bloomberg Billionaires Index”ində qeyd edulmiş rəqəm və məlumatlar göstərir.

Məlumata əsasən, 2024-cü ilin ilk üç ayında Rusiyada iş adamlarının sərvəti 18,293 milyard ABŞ dolları artıb.

Belə ki, “Eurochem”in həmtəsisçisi Andrey Melniçenkonun sərvəti 5,29 milyard dollar artaraq 24,1 milyard dollara çatıb. Ən böyük maliyyə itkisi ilə sərvəti 2,8 milyard azalaraq 18,3 milyard dollara enən “USM Holdings”in təsisçisi Alişer Usmanov üzləşib.

Bundan başqa “Nornikel” şirkətinin həmsahibi Vladimir Potaninin sərvəti ilin əvvəlindən 768 milyon artaraq 31,8 milyard dollara, Vladimir Lisinin sərvəti 2,91 milyard çoxalaraq 26,9 milyard dollara, “LukOil”un həmsahibi Vahid Ələkbərovun sərvəti isə 1,79 milyard artaraq 26,4 milyard dollara yüksəlib.