14:32 - 29.03.2024
29 mart, Fineko/abc.az. ABŞ investorlarının ən uğurlu amerika şirkətlərinin qiymətli kağızlarına kapital qoymaq tendensiyası, fond bazarı üçün dağıdıcı təsir göstərəcək kəskin bir korreksiyaya səbəb ola bilər.
ABC.AZ xəbər verir ki, JPMorgan Chase bankının əsas qlobal kapital strateqi Dubravko Lakos-Bujaspor belə bir fikir bildirib.
JPMorgan analitiki hesab edir ki, 2024-cü ildə ABŞ fond bazarı çətinliklərlə üzləşəcək, çünki iqtisadi artım drayverləri getdikcə azalır. Eyni zamanda o, ekspertin fikrincə, hələ də artım potensialına malik olan süni intellekt sahəsində çalışan şirkətləri ayrıca qeyd edib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026