Valyuta hərracında bankların tələbi 1,7% artıb

12:27 - 28.03.2024


28 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, martın 28-də keçirilən valyuta hərracında bankların tələbi 94,6 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, keçmiş hərracdan 1,6 milyon dollar (1,7%) çoxdur.

Martın 19-da keçirilən valyuta hərracında AMB banklara 93,0 milyon dollar satıb.

Hərracın yekunlarına əsasən manatın orta çəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.