11:07 - 27.03.2024
27 mart, Fineko/abc.az. Mərkəzi Bankın İdarə Heyəti 2024-cü ildə ikinci dəfə faiz dərəcəsinin parametrlərinə dair qərar verir.
ABC.AZ xəbər verir ki, sonuncu dəfə, 31 yanvarda uçot dərəcəsi 8%-dən 7.75%-ə, faiz dəhlizinin aşağı həddi 6.5%-dən 6.25%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9%-dən 8.75%-ə endirilmişdi.
Mərkəzi Bank 2023-cü ilin noyabrından başlayaraq yumşalma siyasətini davam etdirməyə başlayıb.
Noyabrdan öncə uçot faiz dərəcəsi 9.00% olduğu halda, noyabr və dekabr iclaslarının hər birində 50 baza bəndi, 2024-cü ilin yanvar iclasında isə 25 baza bəndi endirməklə 7.75%-ə endirib.
Uçot faiz dərəcəsi siyasəti mərkəzi bankların ölkənin maliyyə bazarında tənzimləmək üçün əsas və təsirli alət sayılsa da, Azərbaycanda effekti zəifdir. Məsələn, AMB faiz dərəcəsinə dair artıma getdiyi halda, ölkədə kredit və depozit faizləri düşür və ya əksinə. Bu səbəbdən də 2022-ci ilin aprelindən hökumət tərəfindən AMB-nin İdarə Heyətinin sədri seçilmiş Taleh Kazımov faizlərin bazara təsirinin artırılması yolunda müxtəlif alətlərdən istifadə edir. Bura, sterilizasiya, məcburi ehtiyat normalarının yüksəldilməsini aid etmək olar.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026