Ermənistan bankları Rusiyanın “Mir” kartlarını qəbul etməyəcək

09:46 - 19.03.2024


19 mart, Fineko/abc.az. 30 mart 2024-cü il tarixindən etibarən Rusiyanın “Mir” ödəniş sisteminin kartları Ermənistanın əksər banklarının bankomatlarında və POS-terminallarında fəaliyyətini dayandıracaq.

ABC.AZ xəbər verir ki, VTB Bankın törəməsi istisna olacaq və Rusiya kartları ilə işləməyə davam edəcək.

“Mir” ödəniş sisteminin operatoru Milli Ödəniş kartları sistemidir. Fevral ayında ABŞ Milli Ödəniş kartları sisteminə qarşı sanksiyalar tətbiq etmişdi.

Bundan sonra Qazaxıstanın “Fridom finans” Bankı “Mir” ödəniş sisteminin kartları ilə əməliyyatları dayandırdı. Sberbankın Qazaxıstan törəməsi “Mir” kartları ilə işini dayandırdı. Bankın terminallarında nağdsız ödənişlərin qəbulu martın 17-dən etibarən mümkün olmayıb.