14:43 - 14.03.2024
14 mart, Fineko/abc.az. “Azərbaycan Sənaye Korporasiyası”na məxsus “Azərizolit” MMC-nin dövlət qarşısında vergi borcu var.
ABC.AZ xəbər verir ki, belə nəticəyə Dövlət Vergi Xidmətinin məlumat bazasındakı rəqəmlərdən gəlmək olar.
Məlumata əsasən, “Azərizolit” MMC-nin 13.03.2024-cü il tarixinə qədər vergi borcu 114 788.18 manatdır.
Xatırladaq ki, “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “ASK İzolit” MMC-nin adı “Azərizolit”ə dəyişdirilib.
21 Avqust 2026
21 Avqust 2026