“Azərizolit” MMC-nin dövlətə bu qədər borcu yaranıb

14:43 - 14.03.2024


14 mart, Fineko/abc.az. “Azərbaycan Sənaye Korporasiyası”na məxsus “Azərizolit” MMC-nin dövlət qarşısında vergi borcu var.

ABC.AZ xəbər verir ki, belə nəticəyə Dövlət Vergi Xidmətinin məlumat bazasındakı  rəqəmlərdən gəlmək olar.

Məlumata əsasən, “Azərizolit” MMC-nin 13.03.2024-cü il tarixinə qədər vergi borcu 114 788.18 manatdır.

Xatırladaq ki, “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “ASK İzolit” MMC-nin adı “Azərizolit”ə dəyişdirilib.