"E-pul" "Viza" ilə birgə yeni ödəmə platforması yaradacaq - Eksklüziv

12:07 - 14.03.2024


14 mart, Fineko/abc.az. Onlayn ödəmə sistemi olan "E-pul" "Viza" ilə birgə yeni platforma yaradacaq.

Bunu ABC.AZ-a "E-pul"un icraçı direktoru Samir Nəsibov bildirib.

O qeyd edib ki, sözügedən məsələ ilə bağlı "Visa" beynəlxalq ödəmə texnologiyaları şirkəti ilə danışıqlar aparılıb:

"Elə bu gün "Visa" əməkdaşları ilə danışıqlar aparmışıq. Çox güman ki, birlikdə onlayn platforma yaradacağıq. Bu ilin sonu, ola bilsin gələn ilin əvvəli platforma hazır olsun. "Viza"dan sonra biz məsələ ilə bağlı Mərkəzi Bank nümayəndələri ilə danışmalıyıq, lisenziya almalıyıq, ondan sonra təsislə bağlı işlərə başlayacağıq".

Müəllif: Elmir Murad