Kubanın üçdə biri qaranlığa qərq oldu —  elektrik stansiyalarında yanacaq tükəndi 

12:13 - 13.03.2024


13 mart, Fineko/abc.az. Kuba ərazisinin 34%-i çərşənbə axşamı gecə elektrik enerjisiz qalıb.

ABC.AZ xəbər verir ki, məlumata görə, adada enerjiyə tələbat 3200 MVt təşkil edir, lakin pik vaxtlarda cəmi 2165 MVt istehsal olunurdu. Yanacaq çatışmazlığı səbəbindən elektrik enerjisi istehsal edən və paylayan 82 elektrik stansiyası fəaliyyət göstərmir. Digər 16 enerji obyektində yanacaq tədarükü ilə bağlı problemlər var.