Təchizatçıdan geri qaytarılan müvafiq məbləğ dövlət büdcəsinə köçürülüb

15:54 - 7.03.2024


7 mart, Fineko/abc.az. Hesablama Palatasının apardığı audit nəticəsində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müvafiq məbləğ təchizatçıdan geri qaytarılmaqla dövlət büdcəsinə köçürülüb.

ABC.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatında bildirilib.

Hesabatda qeyd edilib ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və tabeliyindəki qurumlar üzrə dövlət vəsaitinin və əmlakının idarə olunmasının uyğunluq auditinin nəticələri üzrə bir sıra digər məsələlərlə yanaşı, revolver fonddan icra edilmiş sərbəst vəsaitin geri qaytarılması və hesabatlılıqda göstərilməsinə dair tövsiyə verilib. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hesabat ilində vəsaitin dövlət büdcəsinə bərpası və hesabatlarda əks etdirilməsi təmin edilib.