15:20 - 7.03.2024
7 mart, Fineko/abc.az. Dünya birjalarında qızılın bahalaşması Azərbaycanda da təsirsiz ötüşmür.
ABC.AZ xəbər verir ki, Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən qızılın bir troy unsiyası 3 666.9 manat təşkil edib.
Bu da martın əvvəlindən indiyədək qızılın bir unsiyasının 189.63 manat və ya 5.45% bahalaşması anlamına gəlir.
Bir tryo qızıl təqribən 31.10 (31.1034768) qrama bərabərdir.
Belə çıxır ki, bir qram qızılın ölkədə rəsmi məzənnəsi indiyə olan vəziyyətinə görə 117.9 manat təşkil edəcək. Və bununla da qızılın bir gündə hər qramı 1.67 manat və ya 1.44% bahalaşacaq.
Müəllif: Elmir Murad
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026