Regionlar üzrə ümumi məhsul buraxılışı 5.6% artıb

11:35 - 4.03.2024


4 mart, Fineko/abc.az. 2023-cü il ərzində 2022-ci illə müqayisədə regionlar üzrə ümumi məhsul buraxılışı 5.6% artıb.

ABC.AZ xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Belə ki, regionlar üzrə ümumi məhsul buraxılışı 5.6% artaraq ₼40.2 mlrd. olub.