11:25 - 20.02.2024
20 fevral, Fineko/abc.az. Türkiyə dövlət bankları yaşayış icazəsi və işləmə hüququ olduqda Rusiyalılara hesab açmağa davam edirlər.
ABC.AZ xəbər verir ki, bu barədə Ziraat Dövlət Bankının Ankaradakı filialının nümayəndəsi bildirib.
"Rusiya vətəndaşları üçün hesablar açılır. Şərtlər yaşayış icazəsinin olması, işləmək hüququ və ya tələbə vizasıdır", — deyə o bildirib. Filialın nümayəndəsi əlavə edib ki, dövlət bankları Rusiyalılara hesab açmağın qadağan edilməsi barədə heç bir bildiriş almayıb.
Bundan əvvəl Türkiyənin özəl bankı Denizbank xaricdə yaşayışı təsdiq edən sənədlərin təqdim olunmasını tələb etməyə başlamışdı. Ekspertlər təxmin edirdilər ki, bank, yaşayış izacəsinə sahib olmayan müştərilərin qeyri-aktiv hesablarını bağlayırlar.
9 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
8 Sentyabr 2026