ABŞ-nin bank sektorunda ümumi mənfəət 45 faiz azalıb

11:54 - 12.02.2024


12 fevral, Fineko/abc.az. 2023-cü ilin dördüncü rübündə ABŞ-nin bank sektorunda ümumi mənfəət illik müqayisədə təxminən 45% azalaraq 38 milyard dollar təşkil edib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu araşdırma təşkilatı “BankRegData”nın məlumatında öz əksini tapıb.

Bu, 2020-ci ildən bəri ümumi rüblük mənfəətdə ən böyük azalmadır.

Tədqiqatçılar bunu onunla izah edirlər ki, ilin son rübündə banklar ilin əvvəlində ABŞ-nin regional banklarının böhranı ilə bağlı xərclərin birdəfəlik silinməsini həyata keçiriblər.

ABŞ-nin ən böyük banklarının depozitlər üçün dövlət xərcləri 16 milyard dollar olub.

Həmçinin son rübdə banklar problemli kreditlərin xərclərini ödəmək üçün cəmi 5 milyard dollar, qiymətli kağızlarla əməliyyatlar nəticəsində yaranan zərərləri ödəmək üçün isə 4 milyard dollar ayırıblar.