12:06 - 5.02.2024
5 fevral, Fineko/abc.az. İranın xarici banklardakı depozitləri 5.3 milyard dollar azalaraq 12.7 milyard dollara düşüb.
ABC.AZ Report-a istinadən xəbər verir ki, məlumatı Beynəlxalq Hesablaşmalar Bankı yayıb.
Bu, 2023-cü ilin sonuncu üç rübünün, martın 21-dən dekabrın 21-dək olan dövrün göstəriciləridir.
Bildirilib ki, bu müddət ərzində İranın xarici banklarda və maliyyə qurumlarında depoziti 12 milyard 763 milyon dollar olub. Bu isə 2022-ci ilin uyğun dövrü ilə müqayisədə 5.3 milyarda dollar azalma deməkdir.
Məlumata görə, hesabat dövründə xarici banklara depozitin 69 faizi, yaxud 8 milyard 803 milyonu avro, 433 milyonu isə dollarla qoyulub.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026