14:27 - 31.01.2024
31 yanvar, Fineko/abc.az. Mərkəzi Bank bu ildən yerli bankları da broker (vasitəçi) xidmətlərinə cəlb etmək niyyətindədir.
ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov uçot dərəcəsi üzrə keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, bu addım kapital bazarının daha da genişlənməsinə şərait yaradacaq.
"Çünki banklarımızın geniş filial şəbəkəsi var. Bu sahədə kifayət qədər, əsasən infrastruktur baxımından planlarımız var ki, kapital bazarı effektiv işləsin. Bundan başqa, bazarda rəqəmsallaşmaya dair planlarımız var. Sözsüz ki, maarifləndirmə istiqamətində də işlər aparılacaq ki, həm investor, həm də emitentlərin biliklərini artıraq”, – deyə o qeyd edib.
7 Sentyabr 2026
7 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
5 Sentyabr 2026
7 Sentyabr 2026