2023-cü ilin yekununda Azərbaycanın strateji valyuta ehtiyatları bu qədər artıb

11:46 - 31.01.2024


2023-cü ilin yekununda Azərbaycanın strateji valyuta ehtiyatları açıqlanıb.  

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov keçirdiyi mətbuat konfrasında bildirib. O qeyd edib ki, sözügedən dövrdə Azərbaycanın valyuta ehtiyatları 68,5 milyard ABŞ dolları təşkil edib. Onun sözlərinə görə, bu, 2022-ci ilin yekunu ilə müqayisədə 17 % çoxdur.

"O cümlədən, ötən il Mərkəzi Bankın strateji valyuta ehtiyatları 29,1 % artaraq 11,6 milyard ABŞ dollarına çatıb", - deyə sədr qeyd edib.


Müəllif: Elmir Murad