10:05 - 30.01.2024
30 yanvar, Fineko/abc.az. “Universal Metal” QSC 2022-ci ili 708 min manat zərərlə başa vurub.
ABC.AZ xəbər verir ki, şirkət əvvəlki ildə 59 min manat xalis mənfəət əldə etmişdi.
Bu barədə şirkətin maliyyə hesabatında qeyd edilib.
2022-ci ildə “Universal Metal” QSC-nin əsas əməliyyat gəlirləri 2 milyon 91 min manat (32.2% çox), satışın maya dəyəri 2 milyon 736 min manat, inzibati xərcləri 63 min manat təşkil edib.
Hesabat dövründə “Universal Metal” şirkətinin cəmi aktivləri 207 min manat olub ki, bu da illik müqayisədə 15% artımdır.
Xatırladaq ki, “Universal Metal” QSC 2020-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 2 min manatdır və qanuni təmsilçisi Zaur Əmirovdur.