15:15 - 26.01.2024
26 yanvar, Fineko/abc.az. Azərbaycanda kart əməliyyatlarında nağdsız ödənişlərin çəkisinin cari 55%-dən potensial olaraq 70%-ə çatdırılması hədəflənir.
ABC.AZ xəbər verir ki, bu, Mərkəzi Bank təsdiq etdiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nda öz əksini tapıb.
Sənədə əsasən, ani ödənişlərin Milli Ödəniş Sistemi əməliyyatlarında çəkisinin cari 0.39%-dən potensial olaraq 25%-ə, eləcə də pərakəndə ticarət dövriyyəsində nağdsız ödənişlərin çəkisinin cari 21.1%-dən potensial olaraq 40%-ə, cari hesablardan aparılan müştəri köçürmələrində rəqəmsal bankçılığın çəkisinin cari 80%-dən potensial olaraq 90%-ə çatdırılması hədəflənir.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026