14:52 - 26.01.2024
26 yanvar, Fineko/abc.az. Mərkəzi Bankın (AMB) təsdiq etdiyi “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”na əsasən ölkədə fəaliyyət göstərən bu təşkilatlar üçün kreditləşmə üzrə limitlər, kapital üzrə minimum tələb və digər tələblər müəyyən edilib.
ABC.AZ xəbər verir ki, “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə ekspert qrupunun rəhbəri Tamerlan Rüstəmov bildirib ki, təşkilatlara minimum tələbin müəyyən edilməsi Avropa Direktivi (PSD2) çərçivəsinə uyğun olaraq edilib.
“Bu tələblər müəyyən ediləndə mövcud vəziyyət qiymətləndirilir və əvvəlcədən ekosistem iştirakçıları ilə koordinasiya edilərək dəfələrlə müzakirə edilib. Göstəricilər və təyin edilən məbləğ tələbləri lisenziya alacaq ödəniş təşkilatı və elektron pul təşkilatlarının təhlükəsiz və effektiv fəaliyyətinin təmin edilməsi, ödəniş xidməti istifadəçilərinin hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Ekosistemdə dayanıqlıq və rəqabətə davamlı ödəniş təşkilatları və elektron pul təşkilatları fəaliyyət göstərəcək. Eyni zamanda, innovativ həll və texnologiyaların tətbiqi genişlənəcək, maliyyə inkluzivliyini genişlənməsində müsbət rol oynayacaq”, – T.Rüstəmov qeyd edib.
O, rəqəmsal platformaların fəaliyyətinin daha da aktivləşəcəyini gözləyir:
“Qaydanın bu xüsusiyyəti [kapital tələbi] ekosistem iştirakçıları arasında rəqabətin daha da artmasına və ödəniş xidməti istifadəçiləri olan istehlakçıların ehtiyaclarını qarşılayacaq innovativ həll və texnologiyaların tətbiqinə imkan verəcək. Eyni zamanda, bu qayda açıq bankçılıq texnologiyasının tətbiqi əsasında ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti və hesab üzrə məlumat xidmətlərinin göstərilməsini, rəqəmsal platformaların fəaliyyətinin daha da aktivləşməsini təmin edəcək”.
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
2 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
2 Sentyabr 2026
1 Sentyabr 2026