Azərbaycanda biznes kredit portfelinə görə böyüyən və kiçilən Banklar - SİYAHI

16:17 - 25.01.2024


25 yanvar, Fineko/abc.az. 2023-cü ildə Azərbaycan banklarının biznes kredit portfeli 12 milyard 673 milyon  272 min manat təşkil edib. 

ABC.AZ xəbər verir ki, bu barədə Bankların rüblük hesabatlarındakı göstəricilərə əsasən belə qənaətə gəlmək olar. Belə ki, "Azərbaycan Beynəlxalq Bankı” biznes kreditlərinin həcmində olduğu kimi, biznes kreditlərinin artım dinamikasında ön sıralarda qərarlaşıb. Bank 2 milyard 504 milyon 615 min manat biznes krediti verib ki, bu da illik müqayisədə 43,7% (761 milyon 138 min manat) çoxdur.

“Kapital Bank” biznes kreditlərinin həcmində olduğu kimi, bu növ kreditlərin artım dinamikasında da üçüncü olub. Bank 1 milyard 349 milyon 734 min manat biznes krediti verib ki, bu da son bir illə müqayisədə 36% (357 milyon 634 min manat) çoxdur.

“Premium Bank” və “Bank Avrasiya”nın portfelində isə əksinə azalma baş verib.

Belə ki, “Premium Bank”ın biznes kreditlərinin həcmi 13% (57 milyon  460 manat) azalaraq 385 milyon 638 min manata, “Bank Avrasiya”nın biznes kredit portfeli isə 8,4% (6 milyon 76 min manat) azalaraq 66 milyon 214 min manata düşüb.