Türkiyədə Azərbaycan kartları ilə bu qədər əməliyyat aparılıb

14:05 - 25.01.2024


25 yanvar, Fineko/abc.az. Türkiyədə Azərbaycan kartları ilə aparılan əməliyyatların həcmi ildə təxminən 2 milyard ABŞ dollarına çatır.

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın Milli Ödəniş Sisteminin inkişaf siyasətinin hazırlanması şöbəsinin rəisi Bakıda keçirilmiş tədbirdə çıxışı zamanı Ramil Mahmudov  deyib.

O bildirib ki, Azərbaycan kartları Türkiyənin elektron ticarət platformalarında alış-veriş üçün fəal şəkildə istifadə olunur.

Onun sözlərinə görə, Mərkəzi Bank mütəmadi olaraq sahibkarlardan "Amazon" və "eBay "kimi platformalar vasitəsilə malların satışı, əsasən ödənişlərlə bağlı yaranan problemlərə görə müraciətlər daxil olur.