12:34 - 25.01.2024
25 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) sahibkarlara lisenziyaları elektron platforma üzərindən - onlayn şəkildə verməyi planlaşdırır.
ABC.AZ xəbər verir ki, bunu qurumun şöbə rəisi Ramil Mahmudov Bakıda keçirilən dəyirmi masada bildirib.
O qeyd edib ki, bu ildən iqtisadiyyatın bir sıra sektorlarında fəaliyyət göstərən sahibkarların Mərkəzi Bank ilə işinin asanlaşdırılması üçün elektron platformalar yaradılıb. "Bunlardan biri də lisenziyaların elektron verilməsi üçün platformadır. Artıq bu istiqamətdə işlərə başlanılıb. Həmin platforma istifadəyə verildikdən sonra kağız daşıyıcılarda əməliyyat aparılması ilə bağlı zərurət qalmayacaq. Çünki həmin platformaya bir sıra dövlət qurumlarının informasiya sistemləri inteqrasiya olunacaq", - deyə o qeyd edib.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026