11:57 - 25.01.2024
25 yanvar, Fineko/abc.az. “Azərpoçt” 2023-cü ildə 4,6 milyon manat xalis gəlir əldə edib.
ABC.AZ xəbər verir ki, bunu “Azərpoçt” MMC-nin İdarə heyətinin sədrinin vəzifələrini müvəqqəti icra edən İsi Mustafayev “2023-Hesabat” adlı tədbirdə bildirib.
O qeyd edib ki, son 3 ildə qurumun aktivləri 5 dəfəyə yaxın artaraq 774 milyon manata çatıb, müştəri bazasının artımı hesabına müştəri qalıqlarının həcmi isə 2020-ci ilə nisbətdə 10 dəfə artıb. 2020-ci ildə 7,7 milyon manat xalis zərər olmasına baxmayaraq 2023-cü il ərzində 4,6 milyon manat xalis gəlir əldə edilməsinə nail olunub.
Eyni zamanda nəzərə çatdırılıb ki, “Azərpoçt”un 2024-cü il üzrə əsas hədəfi yenidən əməkdaşların maddi rifah səviyyəsinin yüksəldilməsi olacaq ki, büdcə xərclərində də bu istiqamətdə 15 faizlik artım nəzərdə tutulub
25 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026