“Azərpoçt” ötən il 4,6 milyon manat xalis gəlir əldə edib?      

11:57 - 25.01.2024


25 yanvar, Fineko/abc.az. “Azərpoçt” 2023-cü ildə 4,6 milyon manat xalis gəlir əldə edib.

ABC.AZ xəbər verir ki, bunu “Azərpoçt” MMC-nin İdarə heyətinin sədrinin vəzifələrini müvəqqəti icra edən İsi Mustafayev “2023-Hesabat” adlı tədbirdə bildirib.

O qeyd edib ki, son 3 ildə qurumun aktivləri 5 dəfəyə yaxın artaraq 774 milyon manata çatıb, müştəri bazasının artımı hesabına müştəri qalıqlarının həcmi isə 2020-ci ilə nisbətdə 10 dəfə artıb. 2020-ci ildə 7,7 milyon manat xalis zərər olmasına baxmayaraq 2023-cü il ərzində 4,6 milyon manat xalis gəlir əldə edilməsinə nail olunub. 

Eyni zamanda nəzərə çatdırılıb ki, “Azərpoçt”un 2024-cü il üzrə əsas hədəfi yenidən əməkdaşların maddi rifah səviyyəsinin yüksəldilməsi olacaq ki, büdcə xərclərində də bu istiqamətdə 15 faizlik artım nəzərdə tutulub