Ötən il Azərbaycana xaricdən pul köçürmələri azalıb

17:26 - 24.01.2024


24 yanvar, Fineko/abc.az. 2023-cü ildə  Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 2 milyard 468 milyon manat vəsait daxil olub. 

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankaın statistik bülletenində bildirilir.

Azərbaycanda banklardan sürətli pul köçürmə sistemləri vasitəsi ilə xaricə köçürülən vəsaitin həcmi isə 616.4 milyon manat olub. 2022-ci ildə bu göstərici müvafiq olaraq 5 milyard 799 milyon manat və 1 milyard 4 milyon manat təşkil edib.

Beləliklə, illik müqayisədə Azərbaycana pul köçürmələri 57.4%, ölkədən xaricə köçürmələr isə 4.5% azalıb.