ABB ölkəmizdə ilk metal ödəniş kartını təqdim edib

18:10 - 22.01.2024


Bir çox yenilikləri ölkəmizin bank sektoruna gətirən ABB daha bir ilkə imza atıb.

Bank metal kartı bazara təqdim edib. Bu kart yalnız ABB-nin imtiyazlı müştəriləri üçün nəzərdə tutulub. Sahibinin status və imtiyaz simvoluna çevriləcək kartın bir çox üstünlükləri var.

- Metal kart sahibinin statusunu vurğulayan mükəmməl dizayna malikdir.

- Kart sahiblərinin istənilən məsələləri operativ şəkildə həll etməyə hazır olan fərdi xidmətlərə anında çıxış imkanı var.

- Kart səyahət, alış-veriş və əyləncə zamanı eksklüziv təkliflərdən geniş istifadə imkanı yaradır.

Metal kart haqqında ətraflı məlumatları buradan əldə edə bilərsiniz: “Visa”, “Mastercard”

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.