16:53 - 22.01.2024
22 yanvar, Fineko/abc.az. Türkiyənin aparıcı şirkətlərindən biri olan Albayrak Group, Afrikaya yatırımlarını genişləndirir. Belə ki, şirkət Konqo Respublikasının Pointe Noir limanı ilə 25 illik güzəşt müqaviləsi imzalayıb.
ABC.AZ xəbər verir ki, sənəddə Pointe Noir limanının adi terminallarının 25 il ərzində bərpası, modernləşdirilməsi, genişləndirilməsi və istismarı nəzərdə tutulur.
Bununla bağlı “Albayrak Group”, Pointe Noir limanına 401 milyon avro sərmayə qoymağı planlaşdırır. İnvestisiya proqramına infrastruktur, qazma işləri, logistika anbarları, yük maşınları parkı və müasir liman avadanlığı daxildir. Bu investisiyalar sayəsində limanın yük axınının kəskin şəkildə artırılması planlaşdırılır.
4 Avqust 2026
4 Avqust 2026