14:46 - 18.01.2024
18 yanvar, Fineko/abc.az. 2023-cü ilin IV rübündə Azərbaycanda 2 bankın kapitalı 30%-dən çox, 4 bankın kapitalı isə 20%-dən çox böyüyüb.
ABC.AZ Fed.az-a istinadən xəbər verir ki, bu barədə bankların rüblük hesabatında qeyd edilib.
Belə ki, bəhs olunan dövrdə “Bank Respublika”nın balans kapitalı 31,5% (37 milyon 308 min manat), “Unibank”ın balans kapitalı isə 31,2% (35 milyon 435 min manat) artıb.
“Yelo Bank”ın kapitalı isə 29,9% və ya 22 milyon 799 min manat böyüyüb.
Bundan başqa “Paşa Bank”ın kapitalında 26,3% (174 milyon 195 min manat), “Azər Türk Bank”ın kapitalında 22,2% (15 milyon 330 min manat), “AccessBank”ın kapitalında isə 21,6% (24 milyon 353 min manat) artım baş verib.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
2 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026