"Yapı Kredi Bank Azərbaycan"ın ümumi kredit portfeli 23% artıb

17:20 - 17.01.2024


17 yanvar, Fineko/abc.az. Keçən ilin sonu ilə müqayisədə "Yapı Kredi Bank Azərbaycan"ın ümumi kredit portfeli 23% artmış və 292 milyon manat olub.

ABC.AZ xəbər verir ki, bu barədə "Yapı Kredi Bank Azərbaycan"ın 2023-ci il üzrə maliyyə hesabatında qeyd edilib.

Bankın iznes kreditləri 12% artaraq 189 milyon manat, həmçinin müştərilərin ehtiyaclarını nəzərə alaraq təklif edilən istehlak kreditləri portfeli 50% artaraq 68 milyon manat olub.

Daşınmaz əmlak üzrə verilən kreditlər isə 55% artaraq 35 milyon manat təşkil edib.

2022-cü ilin göstəricilərinə əsasən Yapı Kredi Bank Azərbaycan Azərbaycan Mərkəzi Bank tərəfindən müəyyən olunmuş prudensial normativləri lazımı səviyyədə yerinə yetirmişdir. Belə ki, müvafiq dövrün sonuna bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 17%, məcmu kapitalının adekvatlıq əmsalı isə 21% təşkil edib. Bankın tutulmalardan sonra məcmu kapitalı 88 milyon manat təşkil edib. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır