Böyük Britaniya şirkətinin Azərbaycandakı qızıl hasilatı 45% düşüb

16:17 - 15.01.2024


15 yanvar, Fineko/abc.az. Böyük Britaniyanın Azərbaycanda qızıl çıxaran şirkəti “Anglo Asian Mining plc”nin 2023-cü il üzrə qızıl istehsalının həcmi cəmi  31 821 unsiya ekvivalentində olub.

Bu barədə Şirkətdən ABC.AZ-a daxil olan məlumatda qeyd edilir.

Bu da illik müqayisədə 22 797 unsiya və ya 45% artımdır.

2023-cü ilin təkcə ilin 4-cü rübü 3 080 unsiya ekvivalentində qızıl istehsal edilib. Məsələn, bu 2022-ci ilin eyni rübündə 14 532 unsiya idi.