12:28 - 15.01.2024
15 yanvar, Fineko/abc.az. 2023-cü ildə istehlak qiymətləri indeksi 2022-ci ilə nisbətən 8.8 faiz olub.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 9.6 faiz, qeyri-ərzaq məhsulları üzrə 8.4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 8.2 faiz təşkil edib.
2023-cü ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0.5 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 2.1 faiz təşkil edib.
2023-cü ilin dekabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1.0 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 0.8 faiz təşkil edib.