“Rabitə Bank”ın bu göstəricilər üzrə böyük artımları var

11:34 - 15.01.2024


15 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, “Rabitə Bank” 2023-cü ilin son rübünün maliyyə nəticələrini elan edib.

ABC.AZ xəbər verir ki, bu dövrdə qeyri faiz xərcləri 10 milyon 896 min manat (14,2%) artaraq 87 milyon 769 min manata, əmək haqqı xərcləri 4 milyon 603 min manat (18,9%) artaraq 28 milyon 892 min manata, ümumi inzibati xərclər 4 milyon 242 min manat (11,7%) artaraq 40 milyon 485 min manata, amortizasiya xərcləri 877 min manat (12,7%) artaraq 7 milyon 772 min manata, digər xərcləri isə 1 milyon 175 min manat (12,6%), 10 milyon 531 min manata yüksəlib. “Rabitə Bank” ASC 2023-cü ili 5 milyon 451 min manat mənfəət vergisi ödənişindən sonra 13 milyon 61 min manat xalis mənfəətlə başa vurub. Bankın xalis mənfəəti son bir ildə 1 milyon 880 min manat, başqa sözlə 16,8% artıb.

2023-cü ilin sonunda “Rabitə Bank” ASC 1 milyard 138 milyon 450 milyon manat akitvlərə malik olub. Aktivlər son bir ildə 183 milyon 460 min manat, başqa sözlə 19,2% artıb.