Mərkəzi Bank bu şirkətdən texniki xidmət satın alır

16:23 - 12.01.2024


12 yanvar, Fineko/abc.az. Mərkəzi Bank “İsitmə-soyutma-havalandırma, su-kanal sistem və avadanlıqlarına texniki xidmətin satın alınması” ilə bağlı elan edilmiş və elektron satınalma prosedurları çərçivəsində keçirilmiş açıq tenderin nəticələrini elan edib.

ABC.AZ xəbər verir ki, satınalmalar komissiyasının 28 noyabr 2023-cü il tarixli qərarına əsasən "ESTET" MMC tenderinin qalibi elan edib. Qalib şirkətlə müvafiq satınalma müqaviləsi imzalanıb.