16:09 - 12.01.2024
12 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Aktuari rəyinin məzmunu, forması və təqdim edilməsi Qaydası”nı təsdiq edib.
ABC.AZ xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, aktuari rəyinin məzmununda məsul aktuari, eləcə də ümumi məlumatlar, sığortaçı və aktuar hesablamaların aparılması və nəticəsi haqqında məlumatlar əks olunacaq.
Həmçinin sığorta haqları və sığorta ödənişlərində sığortaçının hesabat tarixinə bütün sığorta portfeli, əsas sığorta növləri üzrə sığorta haqları və sığorta ödənişlərinin ən azı son 3 il üzrə keçmiş illərin eyni dövrləri ilə müqayisə edilməklə artım və yaxud azalma dinamikasının və əsas sığorta növləri üzrə sığorta haqlarının, gözlənilən və baş vermiş zərərlərin, həyatın yığım sığortası və 3 ildən artıq müddətə bağlanılan digər sığorta müqavilələri ilə bağlı aktuar fərziyyələri üzrə isə gözlənilən və baş vermiş zərərlərin müxtəlif seqmentlərə uyğun olaraq konsentrasiyasının təhlili də yer alacaq.
9 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
8 Sentyabr 2026
7 Sentyabr 2026