Valyuta hərracında bankların tələbi 7,3% artıb

12:41 - 11.01.2024


11 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, yanvarın 11-də baş tutan valyuta hərracında bankların tələbi 80,4 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, ötən hərracdan 5,5 milyon dollar və ya 7,34% çoxdur. Qeyd edək ki, yanvarın 9-da keçirilən valyuta hərracında Mərkəzi Bank banklara 74,9 milyon dollar satıb.

Bugünkü hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.