12:16 - 11.01.2024
11 yanvar, Fineko/abc.az. Niderlandın “ING Group”u 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiyanın 5%, 2025-ci ildə – 5.6% olacağını proqnozlaşdırır.
ABC.AZ xəbər verir ki, bu barədə şirkətin məlumatında bildirilir. Bu, ötən ilin avqust ayında açıqlanan proqnoza nisbətən bu il üçün 1 faiz bəndi azalıb, gələn il üçün isə dəyişməyib.
Proqnozlara əsasən, 2024-cü ilin birinci rübündə Azərbaycanda orta illik inflyasiya 6.2%, ikinci rübdə isə 2.6% səviyyəsində gözlənilir.
İqtisadiyyat Nazirli 2024-cü ildə ölkədə illik inflyasiyanın 5.3%, 2025-ci ildə 4.9% olacağını gözləyir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda orta illik inflyasiya 5.9% təşkil edəcək, 2025-ci ildə 3.9%-dək azalacaq.
Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda orta illik inflyasiyanın 4.7%-ə qədər azalacağını, 2025-ci ildə 5% olacağını proqnozlaşdırır.
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026