13:25 - 9.01.2024
9 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
AMB-nin məlumatında deyilir ki, 9 yanvar 2024-cü il valyuta hərracında bankların tələbi 74,9 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, ötən hərracdan 2,9 milyon dollar və ya 3,73% azdır. Qeyd edək ki, AMB 28 dekabr 2023-cü il valyuta hərracında banklara 77,8 milyon dollar satıb.
Bugünkü hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026