11:48 - 9.01.2024
9 yanvar, Fineko/abc.az. 2023-cü ildə banklar 2022-ci illə müqayisədə 17% çox – 1.1 milyard manat mənfəət əldə edib.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin sədri Zakir Nuriyev Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.
“Hesabat dövründə bank kartlarının sayı 23% artaraq 16.6 milyon ədəd təşkil edib. Bu artımın böyük hissəsi təmassız kartların hesabına baş verib. Belə ki, son 12 ayda ölkədəki kart sayında artım 3.1 milyon ədəd olub ki, bunun da 95.4%-i məhz təmassız ödənişlərə imkan verən kartlardır. Ümumilikdə isə ödəniş kartlarının 76%-dən çoxu təmassız ödənişləri dəstəkləməkdədir. POS terminallarla ödənişlərin isə 91%-dən çoxu məhz təmassız ödənişlərin payına düşməkdədir”, – deyə o qeyd edib.
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026