“AniPay” ilə ödənişlərin həcmi 2023-cü ildə rekord vurub

10:02 - 9.01.2024


9 yanvar, Fineko/abc.az. 2020-ci ilin sonu işə düşən “AniPay” ilə ödənişlərin həcmi 2023-cü ildə də yeni rekord vurub.

ABC.AZ xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının Ani Ödənişlər Sistemi ilə 2023-cü ilin ilk 11 ayında 972.2 milyon manatlıq əməliyyat aparılıb. Ümimilikdə  529 milyon əməliyyat apatılıb.

Bu da illik müqayisədə  504.4 milyon manat və ya 2 dəfə artımdır.

“AniPay” ilə ötən ilin noyabrında  71.3 mln. manatlıq əməliyyat aparılıb.

Bir əməliyyata orta hesabla 1400 manatlıq əməliyyat aparılıb.

“AniPay” 2020-ci ilin oktyabrından fəaliyyətə başlayıb. Bu sistem işə düşdüyü gündən bu günə qədər  1 mlrd. 850 mln. manatlıq əməliyyatlar həyata keçirib.