Nizamnamə kapitalı 10 faiz artırılan BOKT - Detallar

10:43 - 7.01.2024


7 yanvar, Fineko/abc.az. Bank Olmayan Kredit Təşkilati “Finans Invest” MMC-nin nizamnamə kapitalı artırılıb.

ABC.AZ xəbər verir ki, BOKT “Finans İnvest”in kapitalı 300 min manatdan 330 min manata qaldırılıb. Bu da kapitalın 30 min manat və ya 10% artımıdır.

Xatırladaq ki, BOKT “Finans İnvest” 2007-ci ildən fəaliyət göstəririr.

BOKT “Finans İnvest” 2022-ci ili 111 min manat zərərlə başa vurmuşdu.