Avropa Mərkəzi Bankı inflyasiyanın yavaşlaması fonunda 2024-cü ilin 2-cü rübündə dərəcələri azaldacaq

16:44 - 29.12.2023


29 dekabr, Fineko/abc.az. Avropa Mərkəzi Bankı (AMB) inflyasiyanın yavaşlaması fonunda 2024-cü ilin ikinci rübündə əsas faiz dərəcələrini azaltmağa başlayacaq.

ABC.AZ xəbər verir ki hazırda AMB-nin kreditlər üzrə baza dərəcəsi 4,5%, depozitlər üzrə faiz dərəcəsi 4%, marja kreditləri üzrə faiz dərəcəsi 4,75% təşkil edir.

Noyabr ayında avrozonada istehlak qiymətlərinin artım tempi 2021-ci ilin iyul ayından etibarən minimum 2,4%-ə enib və respondentlərin təxminən 60%-i inflyasiyanın 2024-cü il ərzində AMB-nin 2% hədəfinə enəcəyini gözləyir.