Rusiya və İran 2024-cü ilin əvvəlində valyuta sazişi imzalayacaqlar

11:52 - 29.12.2023


29 dekabr, Fineko/abc.az. İran və Rusiya 2024-cü ilin birinci rübündə ABŞ dolları deyil, öz milli valyutalarında ticarət sazişi imzalayacaqlar.

ABC.AZ xəbər verir ki, bu barədə İran Mərkəzi Bankının rəhbəri Məhəmməd Rza Fərzin bildirib.

Bu həftənin əvvəlində Fərzin Moskvaya iki günlük səfər etmişdi və Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina ilə görüş keçirmişdi.

Fərzin və Nabiullina İranın lazımi Rusiya mallarını idxal edə bilməsi üçün 6,5 milyard rubl (73,45 milyon dollar) kredit xətti açmağa razılaşmışdılar.