Valyuta hərracında bankların tələbi 2,6% azalıb

14:40 - 28.12.2023


28 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, dekabrın 28-də keçirilən valyuta hərracında bankların tələbi 77,8 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, son hərracdan 2,1 milyon dollar və ya 2,63% azdır. Qeyd edək ki, dekabrın 26-da keçirilən valyuta hərracında AMB banklara 79,9 milyon dollar satıb.

Bugünkü hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.