Son 1 ildə Azərbaycanda 10 bank filialı bağlanıb

12:32 - 27.12.2023


27 dekabr, Fineko/abc.az. Bu ilin noyabr ayında Azərbaycanda bankların filiallarının sayı 474 ədəd təşkil edib.

ABC.AZ xəbər verir ki, hesabat ayında bankların filiallarının sayı 3 ədəd və ya 0,6% artıb. Bu barədə Mərkəzi Bankın məlumatında qeyd edilib.

Ötən ilin noyabrında bankların filiallarının sayı 484 ədəd olub ki, bu da illik müqayisədə 10 ədəd azalma (2,1%) deməkdir.