Mərkəzi Bankın valyuta hərracında tələb 11% azalıb

12:35 - 26.12.2023


26 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, dekabrın 26-da baş tutan valyuta hərracında bankların tələbi 79,9 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, ötən hərracdan 9,8 milyon dollar və ya 10,93% azdır. Qeyd edək ki, dekabrın 21-də keçirilən valyuta hərracında AMB banklara 89,7 milyon dollar satıb.

Bugünkü hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.