Mərkəzi Bank stolüstü pul dəstələyən avadanlıqlar alır

10:13 - 26.12.2023


26 dekabr, Fineko/abc.az. Mərkəzi Bank tərəfindən Stolüstü pul dəstləyən və pulun həqiqiliyini yoxlayan (detektor) avadanlıqlar satın alır.

ABC.AZ xəbər verir ki, prosedurlar çərçivəsində keçirilmiş kotirovka üzrə Satınalmalar komissiyasının 23.11.2023-cü il tarixli qərarına əsasən “Halal-P” MMC qalib elan edilib.

Qalib şirkətlə müvafiq satınalma müqaviləsi imzalanıb.