16:35 - 22.12.2023
22 dekabr, Fineko/abc.az. Suraxanı rayonu Zığ qəsəbəsindəki bəzi fərdi yaşayış evləri söküləcək.
ABC.AZ iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov müvafiq qərar imzalayıb.
Qərara səbəb isə sözügedən evlərin sürüşmə sahəsində yerləşməsidir.
Buna görə də orada yerləşən 1 ədəd ikimərtəbəli və 3 ədəd birmərtəbəli qəzalı fərdi yaşayış evləri söküləcək.
Artıq söküntü işləri ilə bağlı hazırlıqlara başlanılıb.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026