AZPROMO Türkiyənin bu Birliyi ilə müqavilə imzaladı - Detallar

12:01 - 21.12.2023


21 dekabr, Fineko/abc.az.  Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) arasında Fəaliyyət Planına dair müqavilə imzalanıb.

ABC.AZ xəbər verir ki, sənədlər Bakıda keçirilən  Azərbaycan-Türkiyə İnvestisiya Forumunda imzalanıb.

Sənədə əsasən, AZPROMO və TÜİB arasında imzalanmış 2024-cü il üçün Fəaliyyət Planında ölkələrimiz arasında ticarət və investisiya həcmini artırmaq, iki ölkə arasında əməkdaşlığı gücləndirmək və qarşılıqlı investisiya imkanlarını dəstəkləmək və davamlı inkişaf məqsədlərinə uyğun birgə layihələri təşviq etmək nəzərdə tutulub.